reklam

TAU-ya Kompüter mühəndisliyi proqramı üzrə tədqiqatçı-assistent vəzifəsinə vakansiya elan edilir

TAU-ya Kompüter mühəndisliyi proqramı üzrə tədqiqatçı-assistent vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetinin Kompüter mühəndisliyi proqramının laboratoriya saatlarının/faəliyyətlərinin idarə olunması, praktiki dərslərdə tədris və təlim prosesinə kömək göstərilməsi, həmçinin kompüter laboratoriyalarının dərslərə hazırlıq vəziyyətinə gətirilməsi məqsədilə aşağıda göstərilən xüsusiyyətlərə malik kompüter mühəndisliyi proqramı üzrə tədqiqatçı-assistent vəzifəsinə vakansiya elan edilir. 

 Tələb olunan xüsusiyyətlər: 

  • Ali Təhsil: Magistr (Kompüter mühəndisliyi, elektrik-elektronika mühəndisliyi, proqram mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;
  • Texniki bacarıqlar:

       Windows, Unix, Linux (xüsusilə Ubuntu) əməliyyat sistemləri;

       Python proqramlaşdırma dili;

       İrəli səviyyə C proqramlaşdırma (Advanced C);

       Verilənlərin strukturları (Data Structures);

      Alqoritmlər (Algorithms);

· Əlavə texniki təcrübə (üstünlükdür): Laboratoriyanın idarə edilməsi, nəzarət və virtualizasiya sistemləri üzrə bilik və təcrübəyə sahib olmaq;

· Yumşaq bacarıqlar:

Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə güclü ünsiyyət bacarıqlarına malik olmaq;

Problemləri həll etməyə yönəlmiş yanaşmaya sahib olmaq, təşəbbüs göstərə bilmək və səmərəli problem həlletmə bacarıqlarına malik olmaq;

Komanda işinə uyğunlaşmaq, layihələrdə iştirak edə bilmək və elmi araşdırma metodlarını bilmək. 

İşin təsviri: 

  • Kompüter mühəndisliyi laboratoriyalarında mövcud informasiya sistemlərini dərslərə uyğun hazırlamaq, semestr ərzində zəruri yenilikləri həyata keçirmək və laboratoriyanın daima işlək vəziyyətdə olmasını təmin etmək;
  • Tədris ilinin əvvəlində laboratoriyaları tədris planına uyğun şəkildə hazır vəziyyətə gətirmək, lazım olan proqram təminatlarını quraşdırmaq, yeniləmək və texniki problemləri həll etmək;
  • Semestr ərzində yaranan texniki nasazlıqlara və proqram təminatı problemlərinə sürətli və effektiv müdaxilə edərək, fasiləsiz tədris mühitini təmin etmək;
  • Kompüter mühəndisliyi proqramında proqram koordinatoru tərəfindən təyin olunmuş dərslərin tədris assistentliyini yerinə yetirmək, dərsin müəllimi ilə koordinasiya edərək dərs və laboratoriya işlərini idarə etmək;
  • Laboratoriya dərslərində, fənnin müəllimi tərəfindən təyin olunan tədris planına uyğun tətbiqi dərs materiallarını hazırlamaq və idarə etmək;
  • Tələbələrin dərslər və laboratoriya işlərində qarşılaşdığı problemlərə bələdçilik etmək, tədris materiallarının başa düşülməsini asanlaşdırmaq və lazımi istiqamətləndirməni təmin etmək;
  • Kompüter laboratoriyalarında avadanlıq və proqram təminatı ilə bağlı quraşdırma və konfiqurasiya işlərini yerinə yetirmək, semestr ərzində yaranan texniki problemləri həll etmək və lazımi proqram təminatlarını yeniləmək;
  • Laboratoriya tətbiqləri və dərslər zamanı yaranan texniki problemləri həll edərək, tədris prosesinin fasiləsiz davam etməsini təmin etmək;
  • Kompüter mühəndisliyi laboratoriya tətbiqləri ilə bağlı Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsi ilə əməkdaşlıq edərək koordinasiyalı şəkildə işləmək;
  • Tədris prosesi ərzində dərs sənədləri, laboratoriya işləri, tapşırıqlar və kiçik imtahanlar kimi məsələlərdə dərs müəllimi və proqram koordinatoruna dəstək olmaq;
  • Kompüter mühəndisliyi proqramı çərçivəsində imtahanlarda nəzarətçi kimi çıxış etmək və imtahanın qaydalara uyğun keçirilməsinə yardım etmək;
  • Dərslərdən əvvəl və sonra sinif və laboratoriyaların səliqəli və tədrisə uyğun şəkildə hazırlandığından əmin olmaq, lazımi yoxlamaları aparmaq və hesabat hazırlamaq;
  • Kompüter laboratoriyalarında tələbələrin fəaliyyətlərini izləmək, mümkün qayda pozuntularını aşkarlamaq və bu pozuntuları hesabat şəklində təqdim etmək;
  • Proqram koordinatoru və müəllim heyəti tərəfindən verilmiş digər inzibati və akademik tapşırıqları yerinə yetirmək, lazım gəldikdə universitetin digər bölmələri ilə əməkdaşlıq edərək proseslərin problemsiz icrasına töhfə vermək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.09.2024


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az