Bazar ertəsi, 25 Avqust, 2025

"Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək


  • Dərc edildi: 10 Sentyabr, 2022 - 16:16
"Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə 20 sentyabr "Neftçilər Günü"nə həsr olunmuş neft-qaz sənayesi üzrə "Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək.

Suallar ümumi neft-qaz sənayesini - Neft-Qaz, Kimya, Mexanika və Geologiya/Geofizika mühəndisliyini əhatə edəcək.

Qaydalar:
 Olimpiadada istənilən universitetdən bakalavr tələbələri iştirak edə bilər.
 Komandada 4 nəfər iştirakçı olmalıdır (kapitan və 3 komanda üzvü).
 Komanda hər hansı bir universiteti təmsil etməlidir (komandadakı iştirakçılar eyni universitetin tələbələri olmalıdır).

 Olimpiada 2 mərhələdə keçiriləcək: qrup və final mərhələsi.
 Suallar 1, 3, 5 xal dəyərində, Azərbaycan dilində olacaq.

Qalib komandalara təqdim olunacaq:
🥇 Kubok, diplom, texniki gəzinti, müxtəlif hədiyyələr
🥈 Diplom, müxtəlif hədiyyələr
🥉 Diplom, müxtəlif hədiyyələr

Tarix: 17.09.2022
Saat: 10:00
Məkan: UFAZ
Son qeydiyyat tarixi: 15.09.2022, 12:00

🔗 Qeydiyyat linki: https://bit.ly/3qmFyvU

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 529
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7397
Sumqayıt Dövlət Univ...