Bazar ertəsi, 2 İyun, 2025

"Müştəri dəstəyi üzrə Operator" vakansiyası


  • Dərc edildi: 15 Avqust, 2022 - 08:44
"Müştəri dəstəyi üzrə Operator" vakansiyası

" Prior Lizinq" şirkəti "Müştəri dəstəyi üzrə Operator" vakansiyasını elan edir.
 
İşin təsviri:
 
·        Məlumat Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və kampaniya, şərtlər, məhsullar, eyni zamanda digər sualları operativ cavablandırmaq;
·        Məlumat Mərkəzinə daxil olan zənglərin CRM proqramında qeydiyyatını aparmaq;
·        Zərurət olduğu halda geri dönüş zənglərini yerinə yetirmək;
·        Daxil olan araşdırma və dəqiqləşdirmə müraciətlərini digər şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
·        Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
·        Müştərilərin şikayət, təkliflərinin dinləmək, həllinə yönəlmək. Ay ərzində analitik təhlilin nəticəsini rəhbərliyə təqdim etmək;
·        Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
 
 
Namizədə dair tələblər:
 
·        Ali təhsil
·        İş təcrübəsi- minimum 1 il, Müştərilərlə iş təcrübəsi arzuolunan
·        Azərba

ycan, Rus dili səlis danışıq və peşəkar yazışma, İngilis dili (arzuolunnadır):
·        Microsoft office proqramlarında işləmək bacarığı
·        Səlis nitq və fikrin düzgün izah edilməsi, yüksək ünsiyyət qabiliyyəti;
·        Operativlik;
·        Stressədavamlılıq;
·        Məsuliyyətli və səbrlilik;
·        Müştəriyönümlülük;
·        Təklifyönümlülük.
 
 
Səriştəliklər:
 
·        Yüksək analitik yanaşma;
·        Müştərini diqqətlə dinləyib təlabatını operativ formalaşdırmaq;
·        Müraciətin operativ həlli üçün əngəl olan məqamları analiz etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq


 İş şərtləri:
3+1 ( 3 gün iş, 1 gün istirahət)
Növbəli qrafik: (08.30-17.30/ 11.30-20.30)  
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi
Əmək haqqı: 500 AZN(net)
 
Maraqlanan namizədlər mövzu yerində “Müştəri dəstəyi üzrə operator” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 124
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...