"Azərbaycan Hava Yolları" QSC "təyyarə bələdçisi" vəzifəsinə 01.10.2022ci il tarixindən 31.10.2022ci il tarixinədək qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etmək;
- Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmaq;
- Sərnişinlərə qarşı xeyirxah olmaq və onlara qayğı göstərmək;
- Hava gəmisində sərnişinləri düzgün məlumatlandırmaq və davranış qaydalarına riayət etmək.
Namizədə olan tələblər:
- Təhsili/ixtisası: orta-ixtisas təhsili;
- Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı.
Şəxsi keyfiyyətlər:
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcillik;
- Məsuliyətlilik;
- Stressə davamlılıq.
Üstünlüklər:
- Rus dili və ya digər dil biliyi arzuolunandır.
Xüsusi tələblər: yaş həddi-18 yaşından 30 yaşınadək;
boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara və boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir.
İş rejimi:
- Daxili intizam qaydalarına əsasən
Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq
Qeyd olunan tələblərə uyğun namizədlər “Azərbaycan Hava Yolları” QSC-nin İnsan Resursları Baş İdarəsinə həftə içi saat 11:00-dan 13:00-dək yaxınlaşa bilərlər. Namizədlərin özləri ilə CV, şəxsiyyət vəsiqəsinin əsli və surətini (bəy namizədlərin hərbi bileti və ya əvəzləyici sənədi də olmaqla) gətirməyi xahiş olunur.
📍 Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 (yerli reyslərin həyata keçirildiyi və ya “köhnə terminal” adlandırılan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur