Struktur vahidinin adı
İctimaiyyətlə əlaqələr və protokol departamenti
Struktur bölmənin adı
İş rejimi
Gündəlik
Vakansiyaya müraciət üçün son tarix
21-02-2023
İş yerinin ünvanı
Bakı
Şərtlər
Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İctimaiyyətlə əlaqələr və protokol departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.
ƏSAS TƏLƏBLƏR
Ali təhsil
Təhsil ixtisası: Jurnalistika, İnzibati idarəetmə, Biznesin təşkili və idarə olunması, Beynəlxalq münasibətlər və digər müvafiq ixtisaslar üzrə yeni məzun olmuş
və ya sonuncu kurs tələbələri;
Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır);
Ofis proqramlarının sərbəst istifadəsi.
DAVRANIŞ BACARIQLARI
· Məsuliyyət
· Effektiv ünsiyyət
· Təşəbbüskarlıq
· Detallara diqqət
· Nəticə yönümlülük
Öhdəliklər
Təcrübə proqramı həm Ələt qəsəbəsində yerləşən Limanın inzibati binasında, həm də Bakı şəhərində yerləşən inzibati binada həyata keçiriləcək. Proqram müddətində təcrübəçi aşağıdakı istiqamətlərdə fəaliyyətlərə cəlb olunacaq:
- Tədbirlər zamanı lazımi təşkilati işlərin görülməsində iştirak və protokol qaydalarına riayət edilməsini təmin etmək;
- Sosial media və media qurumları ilə işlərin təşkilinə dəstək olmaq;
- Sosial media üçün foto və videoların çəkilməsi və paylaşılmasında iştirak;
- Verilən məlumatlara əsasən Bakı Limanının fəaliyyəti haqqında müxtəlif formatda PR (reklam, xəbərlər, məqalə və s.) mətnlərin ilkin versiyasının hazırlanması və mətnlərin yığılması prosesində iştirak.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb