Bazar ertəsi, 25 Avqust, 2025

145 Group MMC - Logistika Üzrə Maaşlı Təcrübə Proqramı


  • Dərc edildi: 21 Noyabr, 2024 - 16:47
145 Group MMC - Logistika Üzrə Maaşlı Təcrübə Proqramı

145 Group MMC - Logistika Üzrə Maaşlı Təcrübə Proqramı Elanı

145 Group MMC, logistika sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkət olaraq, logistika üzrə təcrübə proqramına qəbul elan edir. Proqram, logistika sahəsində praktiki təcrübə qazanmaq istəyən gənclər üçün nəzərdə tutulub.

Tələblər:

  • Məzunlar və magistr tələbələri
  • Ali təhsil (Logistika, Nəqliyyat və əlaqəli ixtisaslara üstünlük verilir)
  • İş təcrübəsi tələb olunmur (olması üstünlükdür)
  • Yüksək səviyyədə MS Office (xüsusən Excel) bilikləri
  • Analitik düşüncə və riyazi analiz bacarığı
  • Orta-yüksək səviyyədə ingilis və rus dili mütləqdir
  • Gərgin iş şəraitində işləmək bacarığı, məsuliyyətlilik, problem həll etmə qabiliyyəti
  • Komanda ilə işləmə bacarığı

Vəzifə Öhdəlikləri:

  • Gündəlik sənədlərin işlənməsi və qeydiyyatı
  • Logistika üzrə menecerin tapşırıqlarının vaxtında yerinə yetirilməsi
  • Bütün logistika əməliyyatlarında iştirak etmək

Əlavə Məlumat:

  • İş saatları: 09:00-dan 18:00-dək
  • İstirahət günləri: Şənbə və Bazar
  • Təcrübə müddəti ərzində ödəniş olunacaq (Maaş)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Ünvan: ISR PLAZA, 16-cı mərtəbə

Qeyd: Təcrübə müddətində özünü doğruldan namizədlərə işlə təmin olunma şansı veriləcək.

 

Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına, mövzu hissəsinə “Logistika üzrə təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 553
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 102
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7417
Sumqayıt Dövlət Univ...