Bazar, 8 İyun, 2025

Aparıcı mühasib vakansiyası


  • Dərc edildi: 28 Aprel, 2025 - 18:21
Aparıcı mühasib vakansiyası

Aparıcı mühasib vakansiyası




Tələblər:


Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
Yaş həddi 30-45 yaş;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi


Vəzifələri:


Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;


Digər məlumatlar:


6 günlük iş həftəsi,
Nahar şirkət tərəfindən təmin edilir
Korporativ nömrə ilə təminat
Əmək haqqı 2000 AZN


Müraciət üçün:


Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı mühasib” yazaraq [email protected] elektron poçt ünvanına və ya (055) 900-32-07 / (055) 500-32-09 whatsapp nömrəsinə göndərmələri xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 132
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...