Türkiyənin tanınmış Ondokuz Mayıs Üniversitesi (OMÜ)-dən dəvət olunmuş yüksək bilik və bacarıqlara, zəngin təcrübəyə malik təlimçilər tərəfindən aqronomiya sahəsi üzrə teoritik və praktiki dərslərin bir parçası olmaq istəyirsinizsə, onda “AGRİCO” MMC tərəfindən təşkil olunacaq, sayca 3-cü Təcrübə Proqramına qatılmağa tələsin!
Kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün Təcrübə Proqramına start veririk!
“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici Aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb