Bazar, 8 İyun, 2025

“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir


  • Dərc edildi: 17 Fevral, 2023 - 11:49
“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir

“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə gənclərin müvafiq peşələr üzrə bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyan “Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramda gənclər üçün əmək bazarının tələblərinə uyğun 20 aktual peşə istiqaməti üzrə kurslar təşkil olunacaq. Dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

 

Peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla peşə fəaliyyətinin ümumi əsasları, innovasiyalar, ixtisas sahələri kimi təlim modulları üzrə həyata keçiriləcək.

 

“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil almayan, işaxtaran və ya işsiz, 29 yaşadək könüllü və ya ictimai fəal gənclər müraciət edə bilərlər. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar.

 

Ətraflı məlumat və müraciət üçün qeydiyyat linki: t.ly/Y31C

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 133
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...