Ubuntu Sosial İş Dərnəyi və Autizm Erkən Müdaxilə Mərkəzi birgə “Uşaq İnkişafı Nəzəriyyələri” mövzusunda növbəti təlimini sizinlə bölüşür.
Mövzularımız
Piaget və Vygotsky nəzəriyyələri: oxşarlıqlar və fərqlər.
• Piagetin Koqnitiv İnkişaf nəzəriyyəsi
• Vygotskinin sosiomədəni nəzəriyyəsi
Seminarımız uşaq inkişaf mütəxəssisi Aynur Hüseynli tərəfindən keçirləcəkdir.
Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, təhsil aldığı müddətdə “Taksim Eğitim və Araştırma” (İstanbul, Türkiyə, 2013), “Giresun sağlık və araşdırma” xəstəxanalarında (Giresun, Türkiyə, 2015), bakalavr təhsilini yekunlaşdırdıqdan sonra McGill Universiteti (Montreal, Kanada) tərəfindən “Fransız dili və Fransa mədəniyyəti” üzrə intensiv proqramı bitirmiş; 2017-2018-ci illərdə CHUM (Centre Hospitalier de l’Université de Montréal) ana-uşaq mərkəzində praktika keçmişdir (Montreal, Kanada).
”Uşaq inkişafı və xüsusi uşaqların təlimi” (uşaq inkişaf psixologiyası, müdaxilə) proqramı üzrə College CDI (Montreal, Kanada) tərəfindən təhsilini tamamlamış (2019), “Rauyome de Rachel” (Montreal, Kanada) psixi sağlamlıq bərpa mərkəzində fəaliyyət göstərmişdir.
Qeydiyatdan keçdikdən sonra iştirakınız bizim tərəfimizdən təsdiqləndiyi zaman təlimdə iştirak edə bilərsiz.
Tarix 22 fevral, saat 18:00-19:00
Təlim ödənişsizdir və sertifikat verilməsi nəzərdə tutulmur.
Qeydiyyat https://forms.gle/HPMjrhiK8hQvzYdc6
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur