Marketinq meneceri vakansiyası

Vakansiya: Marketinq meneceri 



İş barədə məlumat:

- Şirkətin marketinq strategiyasının tərtibi və həyata keçirilməsinə rəhbərlik etmək
- Marketinq komandasının işinin effektivliyini təmin etmək və müvafiq əməkdaşlara tapşırıqlar təyin etmək
- Xidmətin məqsədlərinə uyğun olaraq bütün marketinq kanallarında (rəqəmsal və off-line) kampaniyaların idarə edilməsi
- Bazar tendensiyaları haqqında dərin araşdırmalar apararaq, biznesin inkişafı üçün yenilikçi fikirlərin tətbiqi
- ROI, CJM və LTV analizi
- Şirkət daxilində marketinq və satış komandaları arasında əlaqələndirici rolunu oynamaq
- Digər şirkətlərlə kommunikasiya və işbirliyi qurmaq (ortaq aksiyalar və s.)
- Müştəri loyallığını artıracaq strategiyalar hazırlamaq
- Aylıq və illik hesabatlar hazırlamaq

Tələblər:

- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili sərbəst və rus yaxud ingilis dili üstünlükdür
- Puntual, kreativ və innovativ olmaq
- Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.
- Analitik düşüncə qabiliyyəti, məhsulun bazar mövqeyini gücləndirəcək strateji yanaşmaların inkişaf etdirilməsi bacarığı
- Komanda üzvlərini motivasiya etmək və onların inkişafına dəstək olmaq bacarığı
- Yüksək təşkilatçılıq, planlaşdırma və icra bacarıqları
- Güclü şifahi və yazılı kommunikasiya bacarığı
- Texnoloji yenilikləri izləyən və inkişafa meyilli
- İnkişafa meyilli, yeni biliklər əldə etməyi sevən və məsuliyyətli
- Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü
- Tapşırıqların idarə edilməsi üçün olan proqramlarla işləmə bacarığı (Trello, Jira, Asana və s.)

Biz nə təklif edirik?

- Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
- Şəhər mərkəzində iş yeri
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
- İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

CV-nizi mail-in mövzu hissəsinə “Marketinq meneceri” yazaraq [email protected] ünvanına göndərmənizi xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az