Çərşənbə axşamı, 26 Avqust, 2025

Bakı KOBİM tərəfindən təşkil edilən biznesyönümlü təlimlər davam edir!


  • Dərc edildi: 8 Sentyabr, 2024 - 10:37
Bakı KOBİM tərəfindən təşkil edilən biznesyönümlü təlimlər davam edir!

Bakı KOBİM tərəfindən təşkil edilən biznesyönümlü təlimlər davam edir!



10 sentyabr tarixində aşağıda qeyd edilən təlimlər baş tutacaqdır:

1. Saat 10:00-da Elçin Əsədzadənin təqdimatında "Sahibkarlar üçün sığortanın faydası".

Təlimdə sığorta haqqında ümumi anlayışlar, sığorta növləri və sahələri, sahibkarlıq  fəaliyyəti üçün sığorta və əlaqəli mövzulardan bəhs ediləcək.

2. Saat 15:00-da Həvva Səfərovanın təqdimatında "Startap nədir və startap ideyası".

Təlimdə startap anlayışı, startap ideyaları, onları həyata keçirmək üçün addımlar və əlaqəli mövzulardan bəhs ediləcək.

3. Saat 16:00-da Rəşad Əhmədovun təqdimatında "Sahibkarlıqda ortaqlıq və ilkin hüquqi biliklər".

Təlimdə sahibkarlıq və ortaqlığın əsasları, hüquqi aspektlər, müqavilələr, münaqişələrin hüquqi həlləri və əlaqəli mövzulardan bəhs ediləcək.

4. Saat 19:00-da Ülviyyə Rüstəmlinin təqdimatında "Komanda quruculuğu".

Təlimdə komanda anlayışı, komanda quruculuğunun əsas məqamları, atılacaq addımlar və əlaqəli mövzulardan bəhs ediləcək.

Təlimlərdə iştirak üçün aşağıdakı müraciət formunu doldurmağınız kifayətdir:

https://forms.gle/z1pyGfg6HYPTDC37A

Təlimlər Bakı KOB Evində baş tutacaq və Bakı KOB İnkişaf Mərkəzində bütün xidmətlər ödənişsizdir.

Təlimlərdə iştirak üçün həmçinin (+994) 55 919 45 85 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Təlimə gələrkən şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.

Yerlər məhduddur! Qeydiyyatdan keçmək üçün tələsin!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 642
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7495
Sumqayıt Dövlət Univ...