Çərşənbə axşamı, 26 Avqust, 2025

“ İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə Supervayzer” vakansiyası


  • Dərc edildi: 23 Noyabr, 2023 - 17:33
“ İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə Supervayzer” vakansiyası

Azərbaycan Supermarket MMC “ İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə Supervayzer” vakansiyasını elan edir. 
İşin məqsədi: İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə Supervayzer korporativ sosial məsuliyyət təşəbbüslərinə nəzarət edərkən şirkətin ictimai imicini idarə etmək və artırmaqda mühüm rol oynayır.
Vəzifə öhdəlikləri:
·       Şirkətin müsbət imicini və brendini təbliğ etmək məqsədilə ictimaiyyətlə əlaqələr üzrə strategiyanı hazırlamaq və həyata keçirmək
·       Media nümayəndələri, influenserlər və əsas maraqlı tərəflərlə əlaqələri inkişaf etdirmək
·       Press-relizlər, media informasiya toplusu və digər kommunikasiya materialları yaratmaq və idarə etmək
·       Media sorğularını cavablandırmaq və lazım gəldikdə böhran situasiyalarda kommunikasiyanı idarə etmək
·       İctimaiyyətlə əlaqələr üzrə kampaniyalarının effektivliyini qiymətləndirmək üçün KİV-də yayımlanan xəbərləri izləmək və təhlil etmək. 
·       Şirkətin dəyərlərinə və biznes məqsədlərinə uyğun KSM təşəbbüslərini inkişaf etdirmək və həyata keçirmək. 
·       KSM təcrübələrini gündəlik əməliyyatlara inteqrasiya etmək üçün daxili komandalarla əməkdaşlıq etmək
·       QHT-lər, ictimai təşkilatlar və digər maraqlı tərəflərlə tərəfdaşlıq qurmaq
·       Könüllü proqramları, icmaiyyətlə əlaqələri və xeyriyyəçilik tədbirlərinin koordinasiya etmək
·       KSM proqramlarının və təşəbbüslərinin təsirini izləmək və hesabat vermək
·       İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət təşəbbüslərinin gedişatını ölçmək üçün KPI-ləri (əsas performans göstəriciləri) təyin etmək
·       Bu təşəbbüslərin təsirini mütəmadi olaraq qiymətləndirmək və daxili və xarici maraqlı tərəflərə hesabat vermək
·       Əsaslı qərarlar qəbul etmək və strategiyaları daim təkmilləşdirmək üçün məlumat və rəylərdən istifadə etmək

Tələblər: 
·       İctimaiyyətlə əlaqələr, Kommunikasiya, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi
·       İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət sahəsində təcrübə
·       Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
·       Dil bilikləri: Azərbaycan səlis, ingilis dili və rus dili 
·       Mükəmməl təşkilatçılıq və layihə idarəetmə bacarıqları
·       Çarpaz funksional komandalarla əməkdaşlıq etmək bacarığı
·       İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət sahəsində trend və ən yaxşı təcrübələrlə tanışlıq.
·       Sosial məsuliyyət və davamlılıq sahəsində həvəs
·       İnnovativ ideyalar yaratmaq bacarığı olan kreativ mütəfəkkir
·       Güclü liderlik və ünsiyyət bacarıqları
·       Dəyişən prioritetlərə uyğunlaşmaq və sürətli templi mühitdə işləmək üçün çeviklik
·       Yüksək səviyyədə dürüstlük və etik davranış.

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu bölməsində “İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə Supervayzer” qeyd etməklə göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 659
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 130
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7514
Sumqayıt Dövlət Univ...