Çərşənbə axşamı, 26 Avqust, 2025

“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi


  • Dərc edildi: 27 Oktyabr, 2022 - 16:09
“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.

Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.

Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 642
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7495
Sumqayıt Dövlət Univ...