Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlığı çərçivəsində ölkəmizin ali təhsil müəssisələrində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir. Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır.
Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.
Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 22.10.2023-cü il.
Kimlər müraciət edə bilər:
- Azərbaycan Respublikasının vətəndaşı;
- Yerli ali təhsil müəssisəsində əyani təhsilalma forması üzrə bakalavr təhsili alan tələbələr;
- Linkdə qeyd olunan ixtisaslar üzrə təhsil alanlar;
- Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplayanlar;
- Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olanlar,
- Aşağıdakı sosial meyarlardan birinə uyğun olan şəxslər:
– ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;
– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
– Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər. - Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
– İşsiz kimi qeydiyyatda olan şəxslər;
– İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;
– İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur