Bazar ertəsi, 28 İyul, 2025

Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"


  • Dərc edildi: 15 Dekabr, 2022 - 10:45
Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"

Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası" - Digital Media

Dəyərli həmkarlar!

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) yeni layihəsini təqdim edir.

Yaradıcılığında idman mövzusuna üstünlük verən, ingilis dilini yaxşı bilən reportyorlarımızın beynəlxalq təcrübəyə yiyələnmələri və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələri məqsədilə mübadilə proqramlarına start veririk.

Bu sahədə dünya öncülləri sırasında yer tutan Pakistan İdman Yazarları Federasiyası (PSWF) ilə birgə 20-24 dekabr tarixlərində ZOOM platforması üzərindən müasir dövrün tələblərinə uyğun "Rəqəmsal İdman Jurnalistikası" (Digital Sport Journalism) mövzusunda ödənişsiz təlim-seminar keçirəcəyik. Qardaş ölkənin nüfuzlu media qurumlarının peşəkarları, həmçinin AIPS prezidenti Canni Merlo iştirakçılarla öz bilik və təcrübələrini bölüşəcəklər. Yekunda onlayn təlimlərdə fəallığı ilə fərqlənən 4 nəfər ölkənin aparıcı media qurumlarında 5 günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla Pakistan paytaxtı İslamabada göndəriləcəklər.

Təlimdə iştirak üçün https://forms.gle/mjEZqxD4hvRjTGEt5 ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz.

 Əlaqə: Nərgiz Mahmudzadə - [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 217
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 807
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 632
Azərbaycan Texnologi...