“Rabitabank” ASC İT İnfrastruktur departamentinin Şəbəkə inzibatçısı vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
Şəbəkə problemlərini müəyyən edib həll etmək;
Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
Namizədə olan tələblər:
Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
Server OS-ləri ilə iş üzrə baza bilikləri;
Nəzəri bilik səviyyəsi CCNP;
Azərbaycanın regionlarına səyahət etməyə hazır olmaq (iş vaxtının 20%-dən çox olmayaraq);
Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur