"Məktəb Mentorları" layihəsinin mentor seçim mərhələsi başlamışdır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati və metodoloji dəstəyi ilə keçirilən Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbinin "Məktəb Mentorları" layihəsinin mentor seçim mərhələsi başlamışdır.

Layihənin məqsədi: Məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir.

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

•Hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan;
•Mentorluq fəaliyyətinə marağı olan və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən;
•Mentorluq fəaliyyətini aparmaq üçün həftə ərzində, onlayn və əyani formatda 4-5 saat vaxt ayıra bilən;
•WEB 2 alətlərindən istifadə bacarığı olan (Ofis proqramları və s)
•Onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype);
•Fənn müəllimi olan;
•Öz təcrübəsini, vaxtını digər həmkarının peşəkar inkişafı üçün bölüşməyə hazır olan;
•Universitetdə pedaqoji təcrübəsi olan gənc müəllimlər iştirak edə bilərlər.

ƏSAS MƏRHƏLƏLƏR
•Müraciətlərin qəbulu
(05.11.2022)
•Müsabiqə
(07.11.2022)
•Namizədlərlə müsahibələrin aparılması
(07-15.11.2022)
•Namizədlər üçün təlimlərin keçirilməsi
(18-20.2022)
•Məktəblərdə mentorluq
(01.12.22-28.02.2023)
•Mentorların və mentilərin iştirakı ilə onlayn refleksiya forumu
(11.03.2023)
•Mentorların sertifikatlaşdırılması
(1-15.03.2023)

İŞTİRAKÇILAR NƏ ƏLDƏ EDƏCƏKLƏR

•Təhsildə unikal bir metod olan mentorluq və onun struktiv işləmə prosesinin öyrənilməsi
•Pedaqoji fəaliyyətdə daha peşəkar inkişaf etmək imkanı
•AGMA platformasında mentor olaraq təbliğ olunma imkanı;
•AGMA tərəfindən sertifikatla təmin olunma;
•AGMA-nın gələcək layihələrində təlim keçmək şansı.

MENTORUN ÖHDƏLİYİ:
•3 ay müddətində 5 müəllimə mentorluq etmək;
•İş günləri (bazar ertəsi - cümə) hər gün 1 saat olmaqla onlayn platforma vasitəsilə xidmət göstərmək.
•İş günləri (bazar ertəsi - şənbə) 3 ay müddətində 5 müəllimə mentorluq etməli və 4 dəfə müəllimin dərs dinləməsində iştirak etməli;
•Müəllimin inkişafı üçün plan hazırlamalı və tətbiq olunmasında müəllimə dəstək olmalı;
•AGMA platformasında könüllü olaraq əlavə 5 müəllimə onlayn mentorluq etməli;
•Həftəlik hesabatlar hazırlamalıdır.

SON MÜRACİƏT 05 noyabr 2022-ci il.

• Təlimlər canlı formada Mingəçevir şəhərində keçiriləcəkdir. İştirakçılar 18 noyabr saat 13:00-da məkanda olmağı və 20 noyabr 16:00-da məkənı tərk etməyi nəzərdə saxlamlıdırlar. Düşərgə 3 günlük və yatılı olacaqdır. Düşərgə müddətində iştirakçıların qidalanma, təlim və qalmaq xərcləri layihə çərçivəsində qarşılanacaqdır.

Seçim zamanı səriştəli və aktiv namizədlərə üstünlük veriləcəkdir.

Məlumat üçün vurğulayaq ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbi ilə sıx əməkdaşlıq edəcəkdir.

Qeydiyyat linki: https://forms.gle/hHi1UBhg4tW8BLMq6


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az