Çərşənbə axşamı, 12 Avqust, 2025

Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə yekun vuruldu


  • Dərc edildi: 22 May, 2023 - 21:44
Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsinə yekun vuruldu.


Layihənin məqsədi cənub regionunda evlənməyə hazırlaşan və ya evli şəxslər üçün maarifləndirici təlim-seminarlar təşkil etməklə, peşəkar ekspertlər vasitəsi ilə onların məişət zorakılığı və ailə dəyərləri haqqında məlumatlandırmaq olmuşdur.
Layihənin birinci mərhələsində Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsüvar rayonlarında maarifləndirici təlim-seminarlar təşkil edilmişdir. Bu tədbirlərdə 95-i qadın, 37-si kişi olmaqla ümumilikdə 132 nəfər iştirak etmişdir. Təlim-seminarlarda iştirakçılara ailə dəyərləri, Azərbaycanda müvafiq qanunvericilik və s. məlumatlar diqqətə çatıdırılmışdır.
Layihənin ikinci mərhələsində isə təşkilatın ofisində təlimdə iştirak etmiş və mövzu ilə bağlı sualları olan şəxslərə məsləhət xidməti təşkil edilmişdir.

Təlimləri layihənin eksperti Afiq Məlikov aparmışdır. O, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, onun formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika və s. bu kimi mövzular iştirakçıların diqqətinə çatdırmışdır.
Təlimlərin sonunda iştirak edənlərə sertifikatlar təqdim edilmişdir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6319
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1328
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 512
“İnnovativ məktəb” l...