Bazar ertəsi, 4 Avqust, 2025

Baş auditor vakansiyası


  • Dərc edildi: 13 Avqust, 2022 - 07:21
Baş auditor vakansiyası

Baş auditor
Namizədə tələblər

• Cinsi: kişi və ya qadın;
• Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil. Magistr dərəcəsi arzuolunandır. Daxili audit üzrə sertifikatlara malik olmalıdır;
• Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
• İş təcrübəsi: sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 4 il;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis dili (əla)
• Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel, Ms Word və s.) sərbəst işləyə bilməlidir.

Namizəd bilməlidir
• Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
• Daxili auditin aparılmasının prinsip və metodlarını;
• Yoxlama, sənədli təftiş və təhlil aparılmasının üsullarını;
• Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
• Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
• İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
• Kargüzarlığın təşkilini;


Əsas vəzifə öhdəlikləri

• Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
• Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
• Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.



İş şərtləri

• Əmək müqaviləsi
• İş vaxtı 09:00 - 17:30
• İş günü – 5/2
• Şirkət tərəfindən güzəştli nahar
• Əmək haqqı (gross məbləğ): 1699 AZN – 2270 AZN


Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Baş Auditor” qeyd etmələri xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5650
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1011
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 354
“İnnovativ məktəb” l...