“StudentFest 2022” silsilə tələbə düşərgəsinin ikinci mərhələsi yekunlaşıb

 

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən 26-29 avqust tarixlərində bütün ixtisaslar üzrə ali təhsil alan tələbələr üçün təşkil olunan “StudentFest 2022” adlı tələbə düşərgəsinin ikinci mərhələsi başa çatıb. 

 

Bağlanış mərasimində iştirak edən elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından faydalı olan bu tip düşərgələrin davamlılığının zəruri olduğunu vurğulayıb.

 

Daha sonra Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev nazirliyin dəstəyi ilə indiyədək təşkil olunan tələbə düşərgələri haqqında ümumi məlumat verib. 

 

Düşərgədə iki günü ərzində Bakı Mühəndislik Universitetinin müəllimi Tahirə Salayeva, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşları Niftalı Qasımlı və Elçin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı, I Yüksəliş müsabiqəsinin qalibləri Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidmətinin şöbə müdiri Xamis Seyranov, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Turxan Süleymanov, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov, Layihələrin İdarə Edilməsi üzrə ekspert, II Yüksəliş müsabiqəsinin qalibi Nərgiz İsmayılova, “189 Taxi” şirkətinin rəhbəri Samir Kərimovun təqdimatında müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub.

Düşərgə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən faydalı praktik məşğələlər də keçirilib. 


Düşərgə Zuğulba Təhsil İdman Mərkəzinin məşqçi-müəllimləri və idman mütəxəssislərinin dəstəyi ilə təşkil edilən müxtəlif idman yarışları, həmçinin tələbələrin asudə vaxtlarının daha səmərəli və produktiv keçirilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” və Breyn-rinq formatlarında oyunlarla, musiqili proqramlarla yadda qalıb.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az