Cümə axşamı, 4 Sentyabr, 2025

Tədris şöbəsində mütəxəssis vakansiyası


  • Dərc edildi: 22 Dekabr, 2023 - 12:29
Tədris şöbəsində mütəxəssis vakansiyası

“StudyLab” Təhsil mərkəzi peşəkarlar axtarır!

Vəzifə- “Tədris şöbəsində mütəxəssis”

Namizəddən tələblər: 
• Təhsil sahəsində (Özəl kurslarda) 1-3 il iş təcrübəsi üstünlükdür. 
• İngilis dili biliyi (Intermediate-B1) mütləqdir.
• Excel proqramında yüksək səviyyədə işləyə bilmək. 
(Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur).

Vəzifə öhdəlikləri:
1. Tələbələrin beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL, Cambridge, TYS və s) qeydiyyatının aparılmasını həyata keçirmək (Bu bənd zəruridir və bunun üçün ingilis dili biliyi tələb olunur). 
2. Sınaq imtahanlarının təşkilini həyata keçirmək. 
3. Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək. 
4. Təhsil mərkəzində təşkil olunan tədbirlərin (seminarların) təşkilini həyata keçirmək. 
5. Mərkəzin əməliyyat sistemlərini gündəlik yeniləmək. 
6. Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək.


İş haqda məlumat:
• İş qrafiki: 
 5 gün saat 10:00-19:00 (Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar günü) 
 Şənbə- saat 10:00 -16:00
 İstirahət günü -Cümə axşamı
• Sabit əmək haqqı: 500-600 azn. 
• Rəsmi əmək müqaviləsi ilə iş.

Qeyd: Uyğun namizədlər (Özəl kurs sahəsində təcrübəsi olanlar) CV-lərini (PDF formada) [email protected] elektron ünvanına “Tədris şöbəsində mütəxəssis” başlığı ilə göndərə bilərlər. 
Son müraciət tarixi- 30 Yanvar 2024-cü il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1130
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 260
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8138
Sumqayıt Dövlət Univ...