Layihə üzrə mütəxəssis vakansiyası

PAY Group MMC 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün mühüm əhəmiyyət daşıyan bir anlayışdır.

Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük bizim üçün ən əsas faktorladan biridir. Peşəkar

əməkdaşlardan ibarət komandamıza yeni istedadların qoşulması və onların daima inkişafı şirkət strategiyamızın əsasını təşkil etməkdədir.

Vəzifənin adı: Layihə üzrə mütəxəssis

Vəzifə barədə bəlumat

 

Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı

dəstəklərinin quraşdırılmasından ibarət olacaq.

 

Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.

 

Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək

 

AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək

 

Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrika sifariş vermək.

 

Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;

 

Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;

 

Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək.

 

İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;

 

Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.

 Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Vəzifə üzrə tələblər

 

Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)

 

Layihə idarəetmə sahəsində ən azı 3-5 il iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);

 

Çertyojları oxumaq və başa düşmək bacarığı

 

Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;

 

Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;

 

Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;

 

Gərgin iş rejimində işləmək bacarığı;

 

Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.

 

İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.

 

İş şəraiti

 

İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.

 

Şənbə və bazar qeyri iş günləridir.

 

Nahar şirkət tərəfindən təmin olunur.

 

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

 Əmək haqqı bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə

baxılmayacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az