Maliyyə menecmenti departamenti, Büdcə və planlama şöbəsi üzrə aparıcı mütəxəssis

Maliyyə menecmenti departamenti, Büdcə və planlama şöbəsi üzrə aparıcı mütəxəssis

“Rabitəbank” ASC Maliyyə menecmenti departamenti, Büdcə və planlama şöbəsi üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri: 

  • Bankın büdcə planının hazırlanması və təsdiqlənməsində iştirak etmək;
  • Xərclər üzrə Bank daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatında iştirak etmək;
  • Bankın dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərliyə təqdim etmək;
  • Biznes plan və büdcə modellərin hazırlanmaq və yenilənmək;
  • Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin işlənilməsinə nəzarət etmək;
  • Büdcə/Faktiki analizlərin aparmaq;
  • Visa və MasterCard invoyslarının təhlil edilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil (Maliyyə,iqtisadiyyat və biznesin idarə olunmas təhsilli olması arzu ediləndir);
  • Bu və ya oxşar sahə üzrə ən az 12 ay iş təcrübəsi;
  • Analitik təhlil etmə və düşünmə bacarığı;
  • Maliyyə sertifikatları (ACCA F2, F3, F5, F7) olanlara üstünlük verilir;
  • Excel və modelling üzrə bacarıqlar (FMVA, Power BI və bunun kimi sertifikatın olması arzuolunandır)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Büdcə və planlama şöbəsi üzrə aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az