"İnsan Resursları üzrə aparıcı mütəxəssis" vakansiyası

"İnsan Resursları üzrə aparıcı mütəxəssis" vakansiyası

Vəzifə öhdəlikləri:
-Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir;
-Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir;
-İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir;
-Bölmələrdə həftəlik hazırlanmış iş qrafiki üzrə işçilərin işə gəlməsinə nəzarət edir;
-İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir;
-Şöbə rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir;
-Şirkət daxili prosedur qaydalarının pozulması hallarını təsbit edir, işçilərin izahatlarının, təqdimatlarının və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir;
-Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir;
-Şirkətin strukturunu hazırlayır və struktur dəyişikliyi ehtiyaclarını araşdırır;
-İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına nəzarət edir;
-İşçilərin məlumat bazasının yaradılmasına və daim yenilənməsinə nəzarət edir;
-İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir.



Tələblər:
-Ali təhsil;
-Sahə üzrə 5 il iş təcrübəsi;
-AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri mükəmməl səviyyədə bilmək;
-MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3) istifadə bacarıqları;
-İngilis və Rus dil bilikləri.


İş şəraiti:
-İş yeri : Baş Ofis (Luxen Plaza);
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü;
-Nahar şirkət tərəfindən verilir;
-Korporativ nömrə verilir.




Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ “İR üzrə aparıcı mütəxəssis”” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mail: [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az