Bazar ertəsi, 25 Avqust, 2025

“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti peşə kursu təşkil ediləcək


  • Dərc edildi: 26 Oktyabr, 2022 - 17:11
“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti peşə kursu təşkil ediləcək

“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti peşə kursu təşkil ediləcək

“Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı” və “külək turbinlərinin quraşdırıcısı” istiqamətləri üzrə kursa qeydiyyat başladı

 

Müasir əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslara yiyələnərək işlə təmin olunmaq istəyən şəxslərin diqqətinə!

 

Dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlıq çərçivəsində “Peşə öyrən, işsiz qalma” devizi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kursları təşkil edilir.

 

Bu dəfə Agentlik “GLE” MMC ilə birgə “bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı” və “külək turbinlərinin quraşdırıcısı” istiqamətləri üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.

 

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə fotovoltaik sistemin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirlər və fotovoltaik sistemi qurarkən müxtəlif interfeys problemlərinin aşkarlanması, külək enerjisi, külək turbinlərinin elektrik və mexaniki aspektləri, o cümlədən külək turbinlərinin  komponentləri, müxtəlif konsepsiyaları, külək parklarının planlaması, reallaşdırma, istismarı və servisi haqqında ətraflı məlumatlar veriləcək. Dərslər praktiki və nəzəri formada təşkil ediləcək.

 

Kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

 

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 555
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 103
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7418
Sumqayıt Dövlət Univ...