Çərşənbə axşamı, 26 Avqust, 2025

“Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsinə start verilib


  • Dərc edildi: 6 Mart, 2023 - 18:07
“Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsinə start verilib

“Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Göyçay İnkişaf Mərkəzi”nin dəstəyi ilə “Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsinə start verilib. 

 

Layihə Göyçay və Qəbələ rayonlarını əhatə edəcək. Aqroturizm sahəsində təcrübəsi olan, bu istiqamətdə özünü inkişaf etdirmək istəyən 30 nəfər gəncin marketinq bacarıqları, biznesin idarə edilməsi, maliyyə savadlılığının artırılması, eləcə də şəxsi bizneslərinin inkişaf etdirilməsi məqsədilə təlimlərə cəlb edilməsi nəzərdə tutur. Təlimlər başa çatdıqdan sonra iştirakçıların Qəbələ və Göyçayda fəaliyyət göstərən iri təsərrüfatlara təcrübə səfərləri təşkil ediləcək. Layihənin sonunda isə gənc sahibkarların hazırladıqları məhsullardan ibarət yarmarkanın təşkil edilməsi nəzərdə tutulub.

 

Layihənin əsas məqsədi kənd təsərrüfatı və turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və gənclərin iş yerlərinin yaradılmasını sürətləndirməkdir.

 

Son müraciət tarixi 10 mart 2023-cü il.

 

Qeydiyyat

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 588
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 112
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7443
Sumqayıt Dövlət Univ...