"İdeyanı dizayn et!" Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi

"İdeyanı dizayn et!" Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi

Əziz gənclər!

“Azərbaycan Respublikası Gənclər Fondu”, “PAŞA Bank”,  “Azərbaycanlı Tələbələr və Məzunlar Platforması” və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "İdeyanı dizayn et!" Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi layihəsinə start verilir ✌

Əgər startap ideyanızı reallaşdırmaq üçün nədən başlamalı olduğunuzu bilmirsinizsə, bu proqram məhz sizin üçündür!

Komanda ilə çalışmaq, ən əsası isə, bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün bu fürsəti qaçırmayın!

Proqram 3 mərhələdən ibarət olacaq:

 

  1. 1-3 aprel tarixləri ərzində "İdeyanı Dizayn Et!" adlı "bootcamp" təşkil ediləcək;
  2. Həftə sonları olmaqla, 4-6 həftə müddətində mentorlarla görüşlər keçiriləcək;
     
  3. Yekun olaraq isə yaradıcı ideyaların təqdimat tədbiri baş tutacaq. Startap ideyanızı təqdim edərək müxtəlif nominasiyalar üzrə mükafat qazana bilərsiniz!

 

Qeyd edək ki, seçilən 3 startap layihəsinə ilkin maliyyə dəstəyi göstəriləcəkdir.

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi" layihəsinə qatılmaq üçün əsas tələblər:

 

  • 18-29 yaş arası tələbə və ya məzun olmaq;
  • Yüksək ingilis dili bacarıqlı;
  • Yüksək motivasiyalı;
  • Təşəbbüskar və məsuliyyətli olmaq;
  • Təlimlərin hər birində mütləq iştirak etmək.

Potensialınızı yeni zirvəyə qaldırmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Qeydiyyat


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az