Bazar, 1 İyun, 2025

Kredit və zəmanət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 21 Sentyabr, 2022 - 14:38
Kredit və zəmanət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu kredit və zəmanət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İŞİN TƏSVİRİ:
- Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
- Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
- Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq, o cümlədən, biznesin yerində ilkin monitorinqini aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda, əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
- Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
- Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
- Fonda daxil ol

an və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Maliyyə, iqtisadiyyat və bank işi üzrə ali təhsil;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
- Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
- ACCA F3 sertifikatının olması arzuolunandır;
- MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;

Qeyd olunan tələblərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində “Kredit və zəmanət şöbəsinin mütəxəssisi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 05.10.2022

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 178
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...