Cümə axşamı, 4 Sentyabr, 2025

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir


  • Dərc edildi: 22 Fevral, 2024 - 11:07
Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

✅ Gənclər və İdman Nazirliyi Qaradağ və Qobustan “Gənclər evi” sosial xidmət müəssisələrinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.
“Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• Ali təhsil;
• Gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
• Yaş həddi 35-dək;
• Minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
• CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında diplomun surəti;
• Tərcümeyi-hal. (Elektron formada)
Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən https://bit.ly/3UB1srP tanış ola bilərsiniz:
Sənədlər 5 mart 2024-cü il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
Ünvan: AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Olimpiya küçəsi 4

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1130
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 260
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8138
Sumqayıt Dövlət Univ...