2D Qrafika günü: Seminar və praktiki master klass

Dekabrın 2-si 2D Kompüter Qrafikası Dizaynerləri qeyri-rəsmi peşə bayramlarını qeyd edirlər.
O, ertəsi gün qeyd olunan Ümumdünya 3D Kompüter Qrafikası Gününün təqlidi ilə yaradılmışdır.
Bayram üçün peşənin adı ilə uyğun gələn tarix seçilib: 2D- 2 Dekabr 

Bu il 2D Kompüter Qrafikası Gününü qeyd etmək üçün dekabrın 2-si saat 16:00-da Sizi Step İT Academy dəvət edirik!

2D Qrafikası gününə özəl Akademiyada 3 fərgli master klass keçiriləcək.

Master klasslar paralel keçiriləcək.

Qeyd olunan mövzulardan məhz birinə qeydiyyat keçə bilərsiniz.

Mövzular:

 Sadəcə fiqurlar və yazılar (just shapes and texts)

 Rənglərin dili

 İnfoqrafika nədir və hazırlanması mərhələləri



1. Sadəcə fiqurlar və yazılar (just shapes and texts)

Master klassda nələr öyrədiləcək:

 daxilində 2D dizaynda text və fiqurların əhəmiyyəti
 sadəcə fiqurlardan ibarət postlar və posterlər, vermək istədiyi mesajlar
 sadəcə text ibarət postlar və posterlər və vermək istədiyi mesaj
 fiqurlardan və textlerden düzgün istifadə olunma qaydaları

2. Rənglərin dili

Master klassda nələr öyrədiləcək:
 RGB, CMYK, Pantone rənglər…
 Rənglər bizimlə danışır?
 Sektora görə rəng seçimi
 Məşhur markaların rəngləri

3. İnfoqrafika nədir və hazırlanması mərhələləri:

Master klassda nələr öyrədiləcək:

 İnfoqrafika bir vizual kommunikasiya aləti kimi
 İnfoqrafika barədə texniki məlumatlar
 Dünya praktikasında infoqrafika
 Hazırlanma prosesi

Tədbirin Spikerləri Kompüter Qrafikası və Dizayn kafedarasının rəhbəri Toğrul Babayev , və kafedranın təlimçiləri Səadət Əfəndiyeva və Arzu Bəxtiyarovadır.

Hamınızı 2 Dekabr saat 16:00-da gözləyirik

Koroğlu Rəhimov 70

Master klassa qeydiyyat mütləqdir.
Yerlər məhdud saydadır.

 

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az