Cümə axşamı, 4 Sentyabr, 2025

Kiçik hüquqşünas / Hüquqşünas vakansiyası


  • Dərc edildi: 19 Aprel, 2024 - 22:45
Kiçik hüquqşünas / Hüquqşünas vakansiyası

“Tamstore” Marketlər şəbəkəsi “Kiçik hüquqşünas / Hüquqşünas vakansiyası elan edir. Pərakəndə satış sektorunda karyerasını qurmaq istəyən namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Hüquq sahəsində);
- İş təcrübəsi: min. 1 il (Məhkəmə və icra orqanlarında);
- Azərbaycan dili, (Rus dili və ingilis dili biliyi üstünlükdür) ;
- Mülki və Mülki prosessual Məcəllələr üzrə biliklər;
- MS Office proqramlarından istifadə bacarığı.


Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;
- Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi və s.;


İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh. Aşıq Molla Cümə küç. 46 D
.

Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;

Uyğun olan namizədlər mövzu hissəyə "Kiçik hüquqşünas/Hüquqşünas" qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına yollaya bilərlər.
 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1115
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8115
Sumqayıt Dövlət Univ...