Bazar, 10 Avqust, 2025

Direktor assistenti vakansiyası


  • Dərc edildi: 31 Yanvar, 2025 - 21:27
Direktor assistenti vakansiyası

Direktor assistenti (Executive Assistant)

Vəzifənin xülasəsi: Direktor assistenti (Executive Assistant) Şirkətin İdarə Heyətinin sədri ilə çalışır, onun gündəlik işlərinin planlanması və digər strukturlara verilmiş tapşırıqlarla bağlı müvafiq hesabatlar hazırlanması üzrə məsuliyyət daşıyır.


Birbaşa tabeçilik: İdarə Heyətinin sədri.


Əsas öhdəlikləri:

  • Rəhbərin iş qrafiklərini hazırlamaq və onları idarə etmək;
  • Görüş və iclaslar kimi gündəlik işgüzar fəaliyyətləri təşkil etmək;
  • Korporativ yazışmalar və danışıqları idarə etmək;
  • Şirkətin strukturlarına rəhbər tərəfindən verilmiş tapşırıqları izləmək, cari statusları barədə rəhbərə müvafiq hesabatlar hazırlayaraq təqdim etmək;
  • Rəhbərin yerli və beynəlxalq işgüzar səfərlərini tam şəkildə planlaşdırmaq (istiqamət üzrə nəqliyyat, viza, otel və görüşlər);
  • Rəhbər tərəfindən veriləcək xüsusi tapşırıq və layihələrini icra etmək habelə icrası barədə müvafiq hesabatlar hazırlamaq;
  • Rəhbər üçün dövri statistik və analitik hesabatlar hazırlamaq;
  • Qərarların qəbul olunması üçün analizlərin aparılması və təqdimatların hazırlanmasını təmin etmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi.

Tələb olunan bacarıqlar:

  • Çoxsaylı tapşırıqların idarəedilməsi;
  • Vaxtın idarəedilməsi;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Problem həll etmə;
  • Analitik və strateji düşünmə;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi tələb olunur.

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi ( həftə içi saat 09:00-18:00)

Son müraciət: 16.02.2025

Maraqlanan şəxslər öz CV formalarını "Direktor assistenti" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6190
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1261
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 489
“İnnovativ məktəb” l...