“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası

«Zəhmət-Ruzi» MMC “İnsan Resursları üzrə mütəxəssis” vakansiyasını elan edir.



Vəzifə öhdəlikləri:


-Əmək qanunvericiliyinə, Cəmiyyət daxili əsasnamə, prosedur, təlimat və Baş İcraçı Direktorun əmrlərinə müvafiq olaraq, işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunması proseslərini icra edir.
-İşə qəbul edilən yeni əməkdaşların işə qəbul rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərinin tamlığına və uyğunluğuna nəzarət edir.
-İşçilərin şəxsi işlərini formalaşdırır və şəxsi işlərin qorunub-saxlanmasını təmin edir.
-İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılmasını təmin edir.
-1C ERP sisteminə HR modulu üzrə bütün əməliyyatlarla bağlı məlumatları daxil edir.
-İcrası tamamlanmış və/və ya qüvvədə olma müddəti başa çatmış əmrlərin, İnsan resursları əməliyyatları üzrə sənədlərin və işdən azad olunmuş işçilərin şəxsi işlərinin müvafiq qaydada yerləşdirilməsini və arxivləşdirilməsini təmin edir.
-İşçilərin ay ərzində davamiyyət məlumatlarını müvafiq sistemdən əldə etdiyi məlumatlarla üzləşdirir, uyğunsuzluqların səbəblərini araşdırır və həllini təmin edir.
-İcra etdiyi işlərlə bağlı hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir.

Bizim üçün önəmlidir:


·Ali təhsilli olmalıdır (insan resurslarının idarəedilməsi, menecment və ya oxşar sahədə).
·Müvafiq vəzifədə azı 1 il iş stajına malik olmalıdır. 
·Azərbaycan dilini əla səviyyədə, Rus və İngilis dillərini orta səviyyədə bilməlidir.
·MS Office proqramlarından sərbəst istifadə etməlidir. 
·1C ERP sistemində işləyə bilməsi üstünlükdür.
·Dürüstlük, dəqiqlik və məsuliyyətlilik kimi xüsusiyyətlərə malik olmalıdır.
·Güclü ünsiyyət bacarığına malik olmalıdır.

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38

Təminatlar:
-Nahar şirkət tərəfindən təmin edilir.
-Korporativ nömrə və ya limitlə təmin edilir.
-Tibbi sığorta təminatı mövcuddur.

Uyğun namizədlər müraciət üçün öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissədə "İnsan Resursları üzrə mütəxəssis” yazmaqla göndərə bilər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az