“StudyLab” Təhsil mərkəzi peşəkarlar axtarır!

“StudyLab” Təhsil mərkəzi peşəkarlar axtarır! 

 

Vakansiya- “Tədris işləri üzrə mütəxəssis”


Namizəddən mütləq tələblər: 

  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
  • Təhsil idarəetməsi (Özəl kurs) sahəsində 1-3 il iş təcrübəsi mütləqdir. 
  • İngilis və rus dili biliyi üstünlükdür.
  • Excel proqramında sərbəst işləyə bilmək. 

(Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur).

Vəzifə öhdəlikləri:

  • Mərkəzə daxil olan müraciətlərin cavanlandırılması. 
  • Yeni tələbə müraciətlərinin qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
  • Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
  • Fənn jurnallarında tələbə davamiyyətlərinin düzgün qeyd olunmasına nəzarət etmək. 
  • Tələbələrin təhsil məlumatlarının mütəmadi valideynlərə təqdim etmək. 
  • Mərkəzin məlumat sistemlərini gündəlik yeniləmək. 
  • Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək. 

 

 

 

İş haqda məlumat:

  • İş qrafiki: 6 gün
  • Bazar ertəsi - Cümə - saat 09:00 -18:00
  • Şənbə- saat 10:00 -16:00
  • Bazar günü - istirahət günü.
  • Əmək haqqı: 500 azn+bonus
  • Rəsmi əmək müqaviləsi ilə işləmək imkanı. 

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) [email protected] elektron ünvanına “Tədris işləri üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az