“A-dan Z-yə kino istehsalı” layihəsiintensiv kinorejissorluq kursları

“A-dan Z-yə kino istehsalı” layihəsiintensiv kinorejissorluq kursları Azərbaycan Kinematoqrafçılar İttifaqı “A-dan Z-yə kino istehsalı” layihəsinə qəbul elan edir. Layihə Aprel, May və İyun aylarını əhatə edəcək. İlk iki ay hər biri 10 gün və hər dərs 3 saat olmaqla rejissor Mirbala Səlimli tərəfindən intensiv nəzəri dərslər keçiriləcəkdir. Dərslər bədii kino istehsalının bütün nüanslarını özündə əks etdirəcəkdir. Layihənin 3-cü mərhələsinin 10 günlüyü Şəki şəhərində baş tutacaq və iştirakçılar real kino çəkilişi prosesində iştirak edəcəklər. Əgər 2 Bakı mərhələsi öyrənməyə və biliyə yönəlibsə, son mərhələ praktika mərkəzlidir. Layihə ərzində ideyanın yaranması, filmin rejissor şərhi,film istehsalının əsasları və s. mövzular tədris ediləcəkdir. Emalatxana gənc kinorejissorlar üçün nəzərdə tutulmuşdur. Layihəyə 24 yaşdan yuxarı ssenari, bədii film, kino yaradıcılığı sahəsində müəyyən baza məlumatlarına sahib amma rejissura sahəsində geniş biliyə, daha çox nəzəri məlumata, o cümlədən real çəkiliş prosesi təcrübəsinə ehtiyacı olan hər kəs müraciət edə bilər. Bakıda keçiriləcək dərslərin zamanı layihəyə seçiləcək iştirakçılarla uyğunlaşdırılaraq müəyyən ediləcəkdir. Layihədə iştirak pulsuzdur. Şəki mərhələsinin ödənişləri AKİ tərəfindən qarşılanır. Müraciət linki: https://aki.az/a-to-z/ Əlavə suallar olarsa [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az