Cümə axşamı, 21 Avqust, 2025

Təlim Aparıcısı vakansiyası


  • Dərc edildi: 23 Mart, 2022 - 09:36
Təlim Aparıcısı vakansiyası

"Azərbaycan Supermarket" MMC karyerasını təlim istiqamətində qurmaq istəyən namizədləri Təlim Aparıcısı vakansiyası üzrə müraciət etməyə dəvət edir. Vəzifənin detalları ilə aşağıda tanış ola bilərsiniz: Vəzifə öhdəlikləri: • Mağaza vəzifələrinə aid təlim ehtiyaclarının müəyyənləşdirilməsində iştirak; • Mağaza işçiləri üçün təlim materiallarının yaradılması məqsədi ilə mağaza rəhbərliyinin bütün səviyyələri və əlaqədar şöbələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək; • Təlim sessiyalarını keçirmək, keyfiyyətin yoxlanılması üçün mağaza ziyarətləri etmək; • Keçirilən təlim sessiyalarının effektivliyini yoxlamaq üçün nəzərdə tutulmuş vasitələri tətbiq etmək; • Paylanma materialları, təlimat materialları və dərslikləri hazırlamaq və ya hazırlanmasına nəzarət etmək; • Təlim davamiyyətini təmin etmək və qeydiyyatı aparmaq; • Təlim prosesləri zamanı Şirkət Siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına riayət olunmasını və hər zaman əməl olunmasını təmin etmək. Namizədə dair tələblər: • Bakalavr dərəcəsi; • Mükəmməl Azərbaycan dili. İngilis və Rus dilləri üzrə biliklərə malik olmaq üstünlükdür; • Auditoriya qarşısında çıxış/Təlim keçirilməsində özünə güvənmək Mükəmməl təqdimat bacarığı; • MS Ofis proqramları biliyi: Outlook, Power Point, Word; • Təlim materialları hazırlamaq üçün araşdırma aparmaq və tələb olunan məlumatı toplamaq bacarığı; • Kreativlik və təşəbbüskarlıq; • Zamanın idarəedilməsi bacarığı; • Mağaza prosesləri haqqında ilkin anlayış. Maraqlanan namizədlər[email protected]email ünvanına “Təlim Aparıcısı” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...