ABB Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə Android proqramçı vakansiyası elan edir

ABB Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə Android proqramçı vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat
  Görəcəyiniz işlər:
  • Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
  • Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
  • Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
  • Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
  • Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.
Bizim üçün uyğun namizəd:
  • Müvafiq sahədə ən azı iki il iş stajına;
  • Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;
  • RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;
  • Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;
  • “Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;
  • Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;
  • FCM üzrə biliklərə;
  • Git üzrə sərbəst işləmə bacarığına;
  • “Continuous integration” barədə məlumatlılığa;
  • Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);
  • Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;
  • MVP və ya MVVM üzrə işləmək bacarığına;
  • Android Architecture Components üzrə biliklərə;
  • Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir
Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. Əlavə məlumat üçün: www.careers.abb-bank.az _____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az