Ağcabədidə "Məktəbli qızların əl işləri sərgisi" layihəsinin növbəti mərhələsi yekunlaşıb
Ağcabədi rayonunda "Məktəbli qızların əl işləri sərgisi" layihəsinin növbəti - müsabiqə mərhələsi yekunlaşıb və ustad dərslərinə start verilib.
Layihə rəhbəri Yeganə Abiyevanın verdiyi məlumata görə, layihənin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.
Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən əl işlərinin qəbulu aparılıb.
Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib.
Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılacaq və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunacaqdır. Layihənin bütün hissələrini özündə əks etdiran və uşaqların əl işlərini özündə əks etdirən jurnalın çapı təşkil olunacaqdır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur