Çərşənbə, 3 Sentyabr, 2025

PR üzrə aparıcı mütəxəssis vakansiyası


  • Dərc edildi: 17 Noyabr, 2021 - 06:02
PR üzrə aparıcı mütəxəssis vakansiyası

Veysəloğlu Şirkətlər Qrupu PR üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir.
Şirkətimizin hədəflərinə çatmasına kömək edəcək, kommunikasiya strategiyamıza əsasən media qurumları ilə əlaqələr quracaq və inkişaf etdirəcək və şirkətimizi peşəkarlıqla təmsil edəcək əməkdaş axtarışındayıq!
Namizədə tələblər:
· Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və filologiya üzrə arzuolunandır);
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il;
· Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır);
· Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint;
· Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
· Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
· Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
· Vəziyyətə çevik reaksiya vermə və qərar vermə bacarığı;
· Araşdırma və problem həll etmə qabiliyyəti.
Əsas vəzifə öhdəlikləri:
· Media, dövlət və özəl qurumlar və müxtəlif tərəfdaşlarla effektiv münasibətlər qurmaq və onları inkişaf etdirmək;
· İctimaiyyətlə əlaqələrin şirkətin fəaliyyətinə təsirlərini təhlil etmək və zəruri təkliflər hazırlamaq;
· Şirkətin kommunikasiya strategiyasına əsasən tədbirlər planını hazırlamaq və icra etmək;
· Mediaya təqdim ediləcək materiallar, həmçinin broşürlər, nəşrlər və hər növ tanıtım materiallarının mətnini hazırlamaq;
· Həyata keçirilən media tədbirlərinin nəticələrini təhlil etmək.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “PR üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1073
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 240
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8056
Sumqayıt Dövlət Univ...