İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiİnformasiya texnologiyalarıidarəetmənin əsasları departamentinin Layihələrinin idarəedilməsi şöbəsinə mütəxəssis vəzifəsinəvakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
- Ali təhsil;
- Layihələrin idarəedilməsi üzrə 1-3 il iş təcrübəsi;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Layihə idarəetmə üzrə proqram təminatlarında işləmə bacarığı;
- Agile təfəkkürü, Scrum metodologiyası sahəsində dərin biliklər;
- Sürətlə inkişaf edən texnologiya mühitində idarəetmə ilə bağlı təcrübənin olması;
- Komanda ilə işləmək bacarığı;
- Nəticəyönümlülük və təqdimat bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis dili yaxşı səviyyədə);
- Project Management Professional (PMP) sertifikatı əlavə bir üstünlükdür.
- Layihələrinin vahid mərkəzdən idarə edilməsi (Layihəni təyin etmək, təsvir etmək, başlamaq və sonadək izləmək);
- İT Layihələr kataloqunun hazırlanması;
- Vahid layihə idarəetmə prinsipinin hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi;
- Layihə nəticələrin analizi;
- Layihə üzrə risklərin analizi;
- Layihələr ilə bağlı qabaqcadan uzunmüddətli (İllik və s.) fəaliyyət planlarının hazırlanması;
- Layihələrin idarəedilməsinə dair sənədləşmə işlərinin görülməsi;
- Layihələrin idarəedilməsinə dair effektivliyin analizi və keyfiyyətə nəzarət;
- Layihələrinin büdcələrinin yaradılması, layihənin inkişafı və həyata keçirilməsi üçün resursların mövcud olduğundan əmin olmaq, zəruri hallarda resursların bölüşdürülməsi;
- Layihə nizamnamələrinin, layihə planlarının və cədvəllərinin yaradılması;
- Layihənin son tarixlərinin və qrafiklərinin izlənməsini həyata keçirmək, görüşlərin təşkili;
- Mövcud və daxil olan İT Layihələrinin yenilənməsi;
- Komandanın aktiv Layihə Yol Xəritəsini yeniləmək və ona nəzarət etmək, bütün aktiv layihə işlərinin vaxt qrafikini Biznesin Maraqlı Tərəflərilə bölüşmək;
- Layihənin gedişatına, resursların mövcudluğuna və sairənin monitorinqini həyata keçirmək. Layihə üzrə ətraflı qeydlərin aparılması;
- Komandanın bütün üzvlərini cari məlumatlarla daima xəbərdar etmək;
- Növbəti mərhələyə keçməzdən əvvəl nəzərdən keçirilən hər hansı tövsiyə və ya narahatlıqların yerinə yetirildiyinə və ya həll olunduğuna əmin olmaq;
- Strateji səviyyədə layihənin icrasının gedişatına nəzarət etmək;
- Layihə ilə əlaqəli hər bir riski müəyyən edərək risklərin idarə edilməsi planının yaradılması;
- Layihələr üçün KPI-ların yaradılması.
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir[1];
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur