Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiMarketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssis vəzifəsinəvakansiyaelan edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır. Biz nə təklif edirik:
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsil (İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və filologiya üzrə üzrə təhsil alanlara üstünlük verilir);
  • Analitik, təqdimat və təşkilatçılıq bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Kreativlik,yaradıcı təxəyyülə malik olma;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və rus dili biliyi yaxşı səviyyədə);
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
  • Ezamiyyə səfərlərinə getmək imkanı.
Görəcəyiniz işlər:
  • Qurumun ictimaiyyətlə əlaqələr üzrə strategiyasının həyata keçirilməsi;
  • İctimaiyyətlə əlaqələr sahəsində layihə və tədbirlərin təşkili və idarə olunması;
  • KİV-lə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlərin təşkili;
  • Hesabatların, məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması və redaktəsi;
  • KİV-dən daxil olan sorğuların cavablandırılması;
  • Çap materiallarının məzmununun hazırlanması və redaktəsi;
  • Qurumun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi.
Əlavəməlumatlar:
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az