İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)Maliyyə departamentinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinə baş mütəxəssis üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələrindən zəruri məlumatların toplanması;
- Müəssisənin təsərrüfat fəaliyyətini iqtisadi təhlil edir və qənaət rejiminin təmin edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün təhlillərin aparılması;
- Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi;
- Müxtəlif tipli iqtisadi əsaslandırmaların, tələb olunan arayışların hazırlanması;
- İqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
- Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması;
- Əməliyyat xərcləri ilə bağlı sənədlərin Büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.
- Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
- Ali təhsil - Maliyyə və audit sahəsi üzrə;
- İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
- Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA) sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dil biliyi üstünlükdür);
- Məsuliyyətlilik;
- Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
- Güclü analitika və problemi təhlil etmə bacarığı;
- Dəqiqlik;
- Müstəqil və komandada işləmə bacarığı.
- Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
- Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsi üzrə baş mütəxəssis” yazaraqgöndərmələri xahiş olunur;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur