İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin Ümumi şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
- Sənəd dövriyyəsinin müvafiq kitablarda və Elektron Sənəd Dövriyyəsi Sistemində (ESDS) qeyd edilməsi işinə nəzarət etmək;
- Sənədlərin icra vəziyyəti ilə bağlı sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını həyata keçirmək;
- Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak etmək;
- TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməklik göstərmək;
- Daxil olan məktub və ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
- Kargüzarlıq, elektron sənəd dövriyyəsi və arxiv işinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin, proqramların, normativ hüquqi aktların, təlimatların və təqdimatların hazırlanmasında iştirak etmək;
- Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif komissiyalarının tərkibində iştirak etmək;
- Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək;
- İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik prinsiplərinə əməl etmək;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
- İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
- TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
- Ali təhsil- Humanitar və sosial, İqtisadiyyat, kargüzarlıq və idarəetmə sahəsi üzrə
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Qanunvericilik üzrə biliklərin çox yaxşı səviyyədə olması;
- Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
- Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);
- Məsuliyyətlilik;
- Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
- Nəticəyönümlülük;
- İntizamlılıq;
- Dəqiqlik;
- Komandada işləmə bacarığı;
- Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlərdə iştirakın olması arzuolunandır;
- Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
- Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Ümumi Şöbə üzrə məsləhətçi” yazaraqgöndərmələri xahiş olunur;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur