Agentlik TƏBİB-in Tibbi təminat və koordinasiya departamentinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi təminat və koordinasiya departamentinin Qida və təsərrüfat mallarının planlanması şöbəsinə baş mütəxəssis (təsərrüfat malları üzrə) vəzifəsiüzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
  • Tibb müəssisələrində təsərrüfat mallarının düzgün planlanması;
  • Tibb sahəsində istifadə olunan təsərrüfat malları haqqında sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını həyata keçirmək;
  • Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak etmək;
  • TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməklik göstərmək;
  • Daxil olan məktub və ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
  • Tibb müəssisələrində təsərrüfat sahəsi üzrə normativ hüquqi aktların, təlimatların və təqdimatların hazırlanmasında iştirak etmək;
  • Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif komissiyalarının tərkibində iştirak etmək;
  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək;
  • İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik prinsiplərinə əməl etmək;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
  • İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək;
  • TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
  • Ali təhsil- İqtisadiyyat, idarəetmə sahəsi üzrə;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
  • Tibb sahəsində təsərrüfat mallarının planlanması və anbar proqramı üzrə təlimlərdə iştirakı arzuolunandır;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür);
  • Məsuliyyətlilik;
  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
  • Nəticəyönümlülük;
  • İntizamlılıq;
  • Dəqiqlik;
  • Komandada işləmə bacarığı.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 25.04.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Qida və təsərrüfat mallarının planlanması şöbəsi üzrə baş mütəxəssis” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az