Cümə axşamı, 21 Avqust, 2025

Aparıcı Hüquqşünas vakansiyası


  • Dərc edildi: 18 Aprel, 2022 - 07:25
Aparıcı Hüquqşünas vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı’’ MMC Aparıcı Hüquqşünas vakansiyası elan edir. Bizim üçün uyğun namizəd: -Ali hüquq təhsili olmalı; -Korporativ hüquq sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmalı; -Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli; -Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı; -Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli; -Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yüksək səviyyədə bilməli; -Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; -Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; -İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz: -Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi; -Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında Cəmiyyəti təmsil etmək; -Sənaye parkında Cəmiyyətin təmsil edilməsi, müvafiq sənədlərin hazırlanması, sorğuların cavablandırılması; -Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək; -Hüquqi ekspertiza üçün daxil olan Cəmiyyətdaxili normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək; -Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək; -Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək; -Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Hüquqşünas” yazaraq 14.04.2022-ci il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7149
Sumqayıt Dövlət Univ...