Auditor vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı’’ MMC Auditor vakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən “STP” MMC-nin məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Özünə və peşəkarlığına güvənən, müvafiq təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: -Ali təhsil (İqtisadiyyat və ya hüquq sahəsi üstünlükdür); -Audit, maliyyə, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində 3 ildən artıq iş təcrübəsi; -CİA, ACCA və ya digər müvafiq sertifikasiyanın olması üstünlükdür; -Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli; -Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli; -Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; -Ünsiyyət qurma bacarığı; -Məsuliyyətlilik. Hansı işləri görəcəksiniz: -Audit yoxlamalarının həyata keçirilməsi; -Yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi; -Audit nəticələrinə dair hesabatların tərtib edilməsi və tövsiyyələrin verilməsi; -Qrup rəhbəri olduğu layihələrdə digər qrup üzvlərinin idarə edilməsi; -DAD-ın normativ hüquqi sənədlərinin hazırlanmasında iştirak. Nə əldə edəcəksiniz? -Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; -Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi. Əlavə məlumatlar: -Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Auditor” yazaraq 18.05.2022-ci il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az