SOCAR motivasiyalı və istedadlı gənc məzunlar üçün aşağıda qeyd olunan ixtisaslar üzrə “Ödənişli İstehsalat Təcrübəsi Proqramı” elan edir.
İxtisaslar:
- Geologiya
- Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi
- Kimya Texnologiya
- İqtisadiyyat və idarəetmə
- Neft-qaz-mədən
- Mühəndis (qaz təsərrüfatı üzrə)
- NÖC və Avtomatika
- Mexanika
- Energetika
Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
- Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsi üzrə sonuncu kursda (sonuncu semester) və ya magistratura pilləsində təhsil alan tələbə olmalıdır;
- Təcrübə proqramı dövründə SOCAR ilə əmək münasibətlərində olmamalıdır (SOCAR işçisi olmamalıdır);
Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
- I mərhələ: Müraciət edən gənclərin ixtisas biliklərinin və məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı təşkil edilir.
- II mərhələ: İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibələr təşkil olunur.
Qeyd: Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.
Son müraciət tarixi: 15 may 2022
Müraciət et
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur