Bazar, 10 Avqust, 2025

Gənclər və İdman Nazirliyində vakansiyalar


  • Dərc edildi: 8 May, 2022 - 10:31
Gənclər və İdman Nazirliyində vakansiyalar

Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilən təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:
1. “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Sumqayıt şəhəri)
2. “Pirşağı-Kürdəxanı İdman zalı” MMC-nin direktoru (Bakı şəhəri, Pirşağı qəsəbəsi)
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- Ali təhsil
- Minimum 6 il iş stajı
- Yaş həddi: 55 yaşadək
Qeyd: İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Təqdim ediləcək sənədlər:
- Linkdə (bit.ly/36pHHjZ) verilmiş CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir)
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ali təhsil haqqında diplomun surəti
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.
Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətinizin çatması barədə təsdiq emaili göndəriləcək.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 11 may 2022-ci il, saat 12:00-dək
Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6190
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1261
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 489
“İnnovativ məktəb” l...