Bazar ertəsi, 2 İyun, 2025

ARTİ ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir


  • Dərc edildi: 16 Dekabr, 2021 - 13:27
ARTİ ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir

ARTİ ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Britaniya Şurası (British Council) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramı müəllimlərin tədris ehtiyaclarına uyğun hazırlanıb və onların peşəkar inkişafının artırılması məqsədini daşıyır.
Qeyd edək ki, təlimlər Onlayn Müəllim İcması (OMİ) platforması üzərindən həyata keçirilir və iştirakçılara özü müəyyənləşdirdiyi vaxtda platformaya daxil olmaq, müstəqil öyrənmək imkanı verilir. Eyni zamanda, təlimlər modullar üzrə aparılır və hər bir modul 3 bölmədən ibarətdir. Təlimin dili, proqram və məzmun ingilis dilindədir.
Təlim ödənişsizdir və modulları müvəffəqiyyətlə tamamlayan müəllimlərə sonda sertifikat veriləcək.
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
Son qeydiyyat tarixi: 21 dekabr
Məlumat üçün bildirək ki, təlimdə iştirak üçün yerlər məhduddur və bu səbəbdən ilkin olaraq qeydiyyatdan keçən, eyni zamanda, tələblərə uyğun olaraq İKT bacarıqları və ingilis dili biliyi (minimum B1 səviyyəsində) yüksək olan şəxslərə üstünlük veriləcək.
Təlimlər 2022-ci ilin yanvar ayından etibarən start götürəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 116
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...